Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Urkayna Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirir

13-05-2016, 08:40 Baxış: 326
 
Ukraynanın baş naziri Vladimir Qroysman və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz hərbi-texniki, ticarət, müdafiə və energetika sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini perspektivlərini müzakirə ediblər. Bu barədə Ukrayna hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.  
 
Vladimir Qroysmanın sözlərinə görə, hər iki ölkə, əsasən iqtisadiyyat və energetika sahələri daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malikdirlər.  Müdafiə sahəsində də əməkdaşlığın perspektivli olduğunu bildirən baş nazir bunun Ukraynanın müdafiə qabiliyyətliyinin artırılmasına kömək edəcəyini qeyd edib.
 
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ölkəsinin Ukraynaya dəstək göstərməkdə davam edəcəyini bildirərək, ötən il iki ölkə arasında ticarət həcminin 4 mlrd dollara çatdığını vurğulayıb.  
Tezis.az