Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

"Ural Hava Yolları" Qəbələyə aviareys həyata keçirəcək

22-07-2016, 14:32 Baxış: 305
"Ural Hava Yolları" Qəbələyə aviareys həyata keçirəcək
 
İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.
AZAL-ın mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək. Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək. "Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə yerli vaxtla saat 15:15-də, Qəbələdən uçuş isə saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə yerli vaxtla saat 18:20-də həyata keçiriləcək. Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu "Airbus A320” laynerləri ilə həyata keçiriləcək. Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.