Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Yaponiyada 3 800 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

26-07-2016, 07:00 Baxış: 130

Yaponiyada 3 800 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Yaponiyada iyulun 18-dən 24-dək davam edən anomal istilər nəticəsində 3798  nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. 

Tezis.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, onlardan 2-si dünyasını dəyişib, 58 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi. 

Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağını proqnozlaşdıran  yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan "El-Ninyo” fenomeni ilə əlaqələndirirlər.