Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

7 uşaq anası lotoreyada 429.6 milyon dollar uddu

14-05-2016, 18:32 Baxış: 886


Amerikanın Nyu Cersi ştatında yaşayan və böyük külfəti olan bir nəfər Powerball lotoreyasında cekpot udub.
Ailə üzvlərinin şəxsiyyətləri onların təhlükəsizliyi nöqteyi nəzərindən açıqlanmır.
Tezis.az New York Daily New nəşrinə istinadən xəbər verir ki, yeddi uşaq anası olan qadın xoşbəxtlik gətirən bileti cəmi 6 dollara alıbmış.
Uduş rəqəmlərinin açıqlanmasından sonra isə qadının 429.6 milyon dollar qazandığı məlum olub.
Mənbə xəbər verir ki, bu Powerball lotoreyasının tarixində 6-cı böyük uduşlu cekpotdur.
Qeyd olunur ki, çoxuşaqlı anaya bütün vergilərini ödədikdən sonra uduşdan 284 milyon dollar qalıb.
Tezis.az