Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Peskov: "İŞİD-in təhdidlərini şişirtmək lazım deyil"

1-08-2016, 18:11 Baxış: 196

 

Peskov: "İŞİD-in təhdidlərini şişirtmək lazım deyil""Rəsmi Moskva İŞİD tərəfindən Rusiyaya qarşı təhdidlərinə lazımi diqqət yetirir”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, bu məsələlər xüsusi xidmət orqanları tərəfindən öyrənilir.
"Bu cür təhdidlər Rusiyanın ardıcıl siyasətinə, prezident Vladimir Putinin terrorizmlə mübarizəsinə təsir edə bilməz. Oxşar təhdidləri şişirtmək lazım deyil. Əlbəttə ki, terrorçu qruplar onlarla mübarizə aparıldığı üçün hədə-qorxu taktikasından istifadə etməyə çalışır. Bu, normal praktikadır, şişirtməyə ehtiyac yoxdur. Lakin bununla yanaşı, ehtiyat tədbirləri də görülməlidir”.
Qeyd edək ki, İŞİD tərəfindən "YouTube”da yerləşdirilən 9 dəqiqəlik videoda Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada çağırılır.(APA)