Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Qırğızıstan prezidenti müalicə üçün Moskvaya aparılıb

23-09-2016, 12:39 Baxış: 232
Qırğızıstan prezidenti müalicə üçün Moskvaya aparılıb
Qırğızıstan prezidenti Almazbek Atambayev müalicəsini davam etdirmək üçün Moskvanın Mərkəzi Klinik Xəstəxanasına aparılıb. 
"ED” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 
Məlumatda qeyd edilir ki, Atambayev mütəxəssislərin məsləhəti və Rusiya tərəfinin dəvəti ilə bu gün sentyabrın 23-ü Moskvaya gətirilib. 
Xatırladaq ki, Nyu-Yorkda BMT-nin iclasında iştirak etmək üçün gedən zaman Atambayevin səhhəti pisləşib və ürəyində yaranan problemlərə görə təcili xəstəxanaya yerləşdirilib. Dövlət başçısı müalicəsini davam etdirmək üçün qısamüddətli məzuniyyət götürüb.