Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında insanlara silahlı hücum olub, 15 nəfər yaralanıb

25-09-2016, 13:02 Baxış: 911

ABŞ-ın iki ştatında ali məktəblərin yaxınlığında insanlara silahlı hücum olub, 15 nəfər yaralanıb

ABŞ-ın İllinoys və Massaçusets ştatlarında təhsil müəssisələri yaxınlığında insanlara silahlı hücum olub. 

 "RİA Novosti” agentliyi məlumat verir ki, İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb. 

Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. "Qrin-stritdən və ikinci küçədən uzaq durun”, - deyə universitet saytında xəbərdarlıq edilir. 

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.