Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ukrayna "Eurovision-2017" yarışmasından imtina edir- HEYRƏT

20-05-2016, 13:35 Baxış: 1 691
Ukrayna "Eurovision-2017" yarışmasından imtina edir- HEYRƏT
Ukrayna prezidentinə "Evrovision-2017” mahnı müsabiqəsindən imtina etmək təklif olunur
Tezis.az xəbər verir ki, təkliflə bağlı petisiya Ukraynanın dövlət başçısının saytında yerləşdirilib və artıq bir neçə yüz imza toplayıb. Sənəddə deyilir: "Ukrayna "Evrovision-2017” mahnı müsabiqəsindən imtina etməli, bu haqqı ya ikinci yeri qazanmış qalibə, ya da ikinci və üçüncü yeri tutan qaliblər arasında seçim etmələri üçün müsabiqənin münsiflər heyətinə və tamaşaçıların səsverməsinə həvalə etməlidir”.
Təşəbbüsün müəllifləri Ukraynanın "Evrovision-2017” mahnı müsabiqəsindən imtina etməsi üçün üç başlıca səbəbi qeyd ediblər.
Birinci, Beynəlxalq Valyuta Fondunun verdiyi kreditə bel bağlayaraq ölkədə "Evrovision-2017”mahnı müsabiqəsinin keçirilməsi qeyri-peşəkar yanaşmadır, çünki ukraynanlılar daha böyük borc yükünün altında qalmaq istəmirlər.
İkincisi, ölkənin büdcəsi bu müsabiqənin keçirilməsi üçün zəruri olan böyük xərclərə dözməyəcək.
Üçüncü və ən başlıca səbəb: Ölkədə hərbi əməliyyatlar davam edir.
Ukrayna prezidentinin petisiyaya baxması üçün sənəd üç ay müddətində 25000 insan tərəfindən imzalanmalıdır.
Qeyd etmək lazımdır ki, iki gün əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk müsabiqənin keçirilməsi üçün böyük xərclər tələb olunduğunu və Ukraynanın "Evrovision-2017”mahnı müsabiqəsindən imtina etməsinin zəruriliyəndən danışıb. Danilyuk Ukrayna hakimiyyətinə çağırış edib: "Büdcəni düşünmək mənim işimin xüsusiyyətidir. Məhz buna görə də , sizi "Evrovosion-2017” mahnı müsabiqəsinin imkanlarını və xeyirlərini ayıq başla qiymətləndirməyə çağırıram və xatırladıram ki, layihə maliyyə cəhətdən əsaslandırılmış olmalıdır. 1 milyard qriven (40 milyon dollar) çox böyük məbləğdir”.

Ukraynanın maliyyə naziri Aleksandr Danilyukun sözlərinə görə isə yarışmanı keçirmək üçün Ukraynanın kifayət qədər vəsaiti yoxdur: "Yarışmanı Avroviziya-2016-da ikincilik qazanan Avstraliya keçirəcək. Müsabiqənin ötən ilki qalibi yarışmanı keçirmək üçün 35 milyon dollar xərcləyib. Ukraynaya bu münsabiqəni keçirmək üçün daha az məbləğ, təxminən 10 milyon dollar lazımdır. Ancaq Ukraynanın kifayət qədər vəsaiti yoxdur".

Qeyd edək ki, Avroviziya-2016 yarışmasında Ukrayna təmsilçisi Camala ifa etdiyi "1944" adlı mahnısı ilə 544 bal qazanaraq, birincilik əldə edib.

 
Tezis.az