Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Pan Gi Mun Antoniu Qutyerreşin BMT baş katibi vəzifəsinə namizədliyini alqışlayıb

6-10-2016, 19:43 Baxış: 250
Pan Gi Mun Antoniu Qutyerreşin BMT baş katibi vəzifəsinə namizədliyini alqışlayıb
Məlumata görə, BMT Baş katibi vəzifəsindən ayrılmaqda olan Pan Gi Mun Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreşin təşkilatın yeni rəhbəri olmağa namizədliyini əla seçim kimi qiymətləndirib. 
Bu barədə RİA "Novosti" xəbər verir. 
Pan Gi Mun bu gün Romada İtaliya Prezidenti Serco Mattarella ilə görüşdən sonra bildirib: "Qutyerreşi təbrik edirəm. Onu yaxşı tanıyıram və namizədliyinin əla seçim olduğunu düşünürəm." 
Qeyd edək ki, ilkin səsvermənin altıncı mərhələsində BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü 2005-ci ildən 2015-ci ilə qədər BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı olan Antoniu Qutyerreşin namizədliyini dəstəkləyiblər, iki nəfər neytral mövqe nümayiş etdirib. Bu məsələ ilə bağlı rəsmi səsvermə oktyabrın 6-da Nyu-Yorkda keçiriləcək.