Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Dünyada ilk robot polis istifadəyə verilir

18-10-2016, 23:33 Baxış: 340
Dünyada ilk robot polis istifadəyə verilir
2017-ci ildə Dubay polis bölməsində dünyada ilk dəfə robot polis xidmətə başlayacaq. 
Dubay polis xidmətinin nümayəndəsi polkovnik Xalid Razukinin sözlərinə əsasən robot polis əsl polisləri bəzi hallarda əvəz edəcək. Robot polisin necə və hansı funksional üzrə işləyəcəyi, habelə onun hansı vəziyyətlərdə əsl polisi əvəz edəcəyi barəsində bir məlumat verilməyib. Bu cür robotun ilk prototipi keçən il BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) keçirilmiş GITEX Technology Week adlı sərgidə təqdim olunub. Daha əvvəl qeyd olunub ki, bu yeni texnologiya növbəti 4 il ərzində tətbiq ediləcək. 
BƏƏ yüksək texnologiyaları cəmiyyətin hər bir sahəsinə tətbiq edən ölkələr sırasında öndə gedənlərdəndir. Məsələn keçən il sözügedən ölkənin polisləri Google Glass texnologiyasını istifadə etməyə başlayıblar. Google Glass vasitəsilə polislər cəriməni ödəməmiş şəxsləri aşkar edə bilirlər. 
Bu il isə Dubay şəhərə robotexnika, biomühəndislik, 3D çap kimi yüksək texnologiya proqramlarının tətbiqini elan edib.