Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

ABŞ konqresmeni Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bəyanat verib

19-10-2016, 11:20 Baxış: 312

ABŞ konqresmeni Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bəyanat verib

ABŞ Konqresinin Tennessi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib. 

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfirliyinə təqdim olunmuş bəyanatda "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir.  

Bəyanatda 1991-ci il 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur. 

Eyni zamanda, müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır. 

Bəyanatda Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.