Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa...” - Konqresmen

2-01-2017, 14:41 Baxış: 210
“Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa...” - Konqresmen
"Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, Konqresin sərt reaksiyası ilə rastlaşacaq”. 
TASS-agentliyinin verdiyi məlumata görə, bunu ABŞ KonqresininNümayəndələr Palatasının üzvü, demokrat Adam Şif deyib.  
"Hesab edirik ki, daha çox işlər görülməlidir. Düşünmürük ki, görülən tədbirlər Rusiyanın durdurulması üçün kifayət edəcək. Buna görə də gələcəkdə hər iki partiya tərəfindən  sanksiyaların gücləndirilməsinə istiqamətlənmiş dəstəyin şahidi olacaqsınız. Tramp sanksiyaların ləğvinə çalışsa , o zaman başda Lindsi Qrem və Con Makkeyn olmaqla, sanksiyalar tərəfdarı olan Konqresindəki respublikaçı və demokratlar əllərindən gələni edəcək ki, Rusiyaya qarşı ciddi sanksiyalar paketi qəbul edilsin”, - deyə o, vurğulayıb.