Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Microsoft” yeni əməliyyat sistemi hazırlayır

31-01-2017, 19:30 Baxış: 374

“Microsoft” yeni əməliyyat sistemi hazırlayır "Microsoft” korporasiyası "Windows 10” əməliyyat sisteminin yeni modifikasiyasını çıxarmağa hazırlaşır. Bu, "Windows” tərtibatçılarının alətlər dəsti və məhsulun açarlarının konfiqurasiya fayllarında "Windows Cloud” ifadəsinin işlədilməsi ilə izah edilir.  Azərtac xəbər verir ki, məlumata görə, "Windows 10” əməliyyat sisteminin yeni variantı bir növ "Windows RT” mobil əməliyyat sisteminin dirçəldilməsi anlamına gəlir. "Windows” mağazasında olmayan proqramlardan istifadənin qeyri-mümkünlüyü fərdi istifadəçilər və bir çox korporativ müştərilər üçün narahatçılıq yaratsa da, bir sıra sahələrdə belə xüsusiyyətə böyük tələbat var. Təhsil müəssisələri "Windows Cloud” sisteminin əsas sifarişçisi ola bilərlər. "Windows 10” sisteminin yeni variantı zərərverici proqram təminatı və kənar proqramların icazəsiz quraşdırılması ilə bağlı başqa təhlükələrə qarşı dayanıqlı olacaq. Həmçinin "Microsoft” şirkətinin güclü "bulud” inzibatçılıq alətləri "Windows Cloud” sistemi ilə işləyən kompüterləri istifadəçilərin düşünülməmiş hərəkətlərindən qorumağa kömək edəcək.