Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Nokia 3310” mobil telefonunu geri qaytarır

14-02-2017, 16:18 Baxış: 347
“Nokia 3310” mobil telefonunu geri qaytarır
"Nokia” brendini əldə edən "HMD Global” şirkəti Barselonadakı "MWC 2017” sərgisində bir neçə yeni məhsul, o cümlədən yenilənmiş "Nokia 3310” mobil telefonunu təqdim etməyə hazırlaşır.
"The İndependent”in verdiyi xəbərə görə, şirkət 2000-ci illərin əfsanə telefonu, dünyada 100 milyon ədəddən çox satılmış "Nokia 3310”un müasir versiyasını nümayiş etdirəcək.
Bundan başqa, "Nokia” brendi ilə 2 başqa cihaz – "Nokia 5” və "Nokia 3” smartfonları təqdim olunacaq. 
"Nokia 5” smartfonu 5,2 ekran ölçülü displeyə (1280×720) malikdir və "Qualcomm Snapdragon 430” prosessoru, 2 GB operativ yaddaş, 13 meqapiksel əsas kamera və 8 meqapiksel ön kamera ilə təchiz edilib. Qiyməti 200 dollar olacaq.
"Nokia 3” isə daha zəif "Snapdragon 425” prosessoru, 5 meqapiksel kamera ilə təchiz ediləcək. Digər göstəricilər "Nokia 5”lə eyni olacaq. Smartfon 145 dollardan satılacaq.
Yeni məhsulların təqdimatı "MWC 2017” çərçivəsində fevralın 26-da Barselonada keçiriləcək.