Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Zukerberq ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış

26-05-2017, 18:31 Baxış: 345
Zukerberq ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış "Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberqin uşaqlığı ilə bağlı maraqlı fakt üzə çıxıb.

İKT.lent.az-ın xəbərinə görə, Markın özünün ilk sosial şəbəkəsini 10 yaşında qurduğu üzə çıxıb.

Həmin vaxt Nyu-Yorkda yaşayan Mark "ZuckNet" adlanan bu şəbəkədən evlərinin ikinci mərtəbəsində olan atası və bacısı ilə ünsiyyət məqsədilə istifadə edib. Daha sonra stomatoloji klinikada çalışan atası müştərilərlə ünsiyyət, onlardan sifariş qəbul etmək və onlara məsləhətlər vermək üçün "ZuckNet"dən yararlanıb.

Mark Zukerberq deyib ki, "ZuckNet" "Facebook"un qaralama variantı olmaqla onu yeni tərtibatlara ruhlandırıb. Bu iki layihə arasındakı aralıq mərhələ isə "AOL Instant Messenger" olub.