Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Quşlar Bakı-İstanbul reysini gecikdirdi

9-06-2016, 18:16 Baxış: 293
Quşlar Bakı-İstanbul reysini gecikdirdi"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-İstanbul reysi təyyarənin havaya qalxarkən quş dəstəsi ilə toqquşması səbəbindən gecikib.
Tezis.az xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, toqquşma uçuş-eniş zolağında baş verib və heyət komandiri qaydalara uyğun olaraq uçuşu həyata keçirməmək qərarına gəlib.
P.Kəsəmənskinin sözlərinə görə, hazırda təyyarəyə texniki baxış keçirilir: "Reysin reallaşdırılmasına icazə təyyarənin saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra veriləcək. İnisdent nəticəsində heç kəs xəsarət almayıb".
Qeyd edək ki, Bakı-İstanbul reysinin uçuşu Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.