Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

2018-ci ildə ekrana qurulan barmaq izi skaneri təqdim ediləcək

29-06-2017, 19:51 Baxış: 404

2018-ci ildə ekrana qurulan barmaq izi skaneri təqdim ediləcək

"Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş barmaq izi skanerini smartfonun displeyinin alt hissəsinə quraşdırmaq olar.
Şirkətin nümayəndələri Şanxayda keçirilən "Mobile World Congress”də bildiriblər ki, 2018-ci ilin yayında yeniliyin tədarükünə başlanılacaq. "therunet.com” xəbər verir ki, yeni datçikdə barmaq izinin tanınması üçün ultrasəsdən istifadə ediləcək.
Skaner yalnız nazik ekranlarla işi dəstəklədiyinə görə, onu yalnız "OLED” displeylərin alt hissəsinə quraşdırmaq olar.
Ultrasəsdən istifadə nəticəsində datçiki yalnız barmaq izinin tanınmasında deyil, həm də nəbzin və qan təzyiqinin ölçülməsində tətbiq etmək olar. Ənənəvi taktil skanerlərdə belə opsiya mövcud deyil.
Bu halda "Qualcomm” şirkətinin yeni həlli barmaq izinin tanınması sürətində ənənəvi skanerlərdən geri qalmır və suyun altında da işləyir. Datçiklər başqa istehsalçıların çipi ilə uyğundur.
Beləliklə, istənilən istehsalçı öz smartfonunda bu datçiklərdən istifadə edə bilər.