Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

"Kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir"

13-06-2016, 17:12 Baxış: 1 391

 "Kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir""

İdarəetmədə informasiya-kommunikasiya texnologiyaları (İKT) alətlərinin geniş tətbiqi müasir dünyada effektiv və sürətli idarəetmənin yeganə yolu kimi qəbul edilməkdədir. Artıq demək mümkündür ki, planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artmaqdadır. Hətta artıq müasir döyüş texnologiyalarını belə İKT-siz təsəvvür etmək döyüşdə uduzmağa bərabər ölçülür.” Bu sözləri "İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söylədi: "Bu zaman təbii olaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zonalarının və şəbəkəsinin təhlükəsizliyi ön plana çıxır. Çünki bu halda rəqibin İKT sisteminə daxil olmaq artıq onun tam iflic olmasına qədər gətirib çıxara bilir.”

T.Mirkişili qeyd etdi ki, bu məqsədlə artıq bir çox dövlətlər digər ölkələrin gizli məlumatlarını əldə etmək üçün geniş kiberhücumlar təşkil edir və həmin ölkələrdə kiberhücumlar vasitəsilə xaosların yaranması ehtimallarını öyrənirlər: "Təbii olaraq özünü müdafiə tədbirləri də görürlər. Məsələn, artıq Çində 50000 insandan ibarət kiberordu formalaşdırılmışdır. Rusiyada 12000 nəfərdən ibarət xüsusi ixtisaslaşdırılmış mərkəz fəaliyyət göstərməkdədir. Avropa ölkələrində də xüsusi ordu hissələri və mərkəzlər mövcuddur. Kiberhücumlar vasitəsilə mühüm dövlət təsisatlarının (nəqliyyat, avia, pilotsuz uçan aparatlar, sərhəd buraxılış, viza və s.) fəaliyyətini iflic etmək və ya digər istiqamətə yönəltmək, bank sistemini iflic etmək mümkündür və tətbiq olunur.”

Milli Məclisin deputatı kiberhücumların digər mühüm hədəfi enerji infrastrukturlarının olduğunu vurğuladı: "Son zamanlar ən çox beynəlxalq enerji layihələri həyata keçirən ölkələrdən biri də Azərbaycandır. Dayanıqlı və innovativ iqtisadiyyat qurmağı hədəfləyən Azərbaycan təbii olaraq belə kiberorduların hücumlarının hədəfi olacaqdır. Bu baxımdan Azərbaycanda bütün mühüm sahələrdə kibertəhlükəsizliyin təmin edilməsi, elektron kəşfiyyatın, elektron əks-kəşfiyyatın, kiberhücumların dəf edilməsi yönündə xüsusi tədbirlərin görülməsinə böyük ehtiyac yaranmaqdadır. Bu istiqamətdə bir çox addımlar atılmışdır. Bununla belə ölkənin sürətlə ən yeni layihələrə daxil olması və bu layihələrin strateji əhəmiyyət kəsb etməsi paralel olaraq kibertəhlükəsizliyin də təmin edilməsini "A” səviyyəsinə qaldırmağı qaçılmaz edəcək.”