Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

“Nəzəriyyədən Praktikaya” adlı yeni kitab işıq üzü gördü

13-06-2016, 17:27 Baxış: 343

“Nəzəriyyədən Praktikaya” adlı yeni kitab işıq üzü gördü

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ:" NƏZƏRİYYƏDƏN PRAKTİKAYA” adlı yeni kitab işıq üzü görmüşdür

Xəbər verildiyi kimi, "Elm və təhsil” nəşriyyatında SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin növbəti "İnsan Resurslarının İdarə Edilməsi: Nəzəriyyədən Praktikaya” adlı yeni kitabı işıq üzü görmüşdür.

Kitabda müəllifin son illərdə dövri mət­buatda və kütləvi informasiya vasitələrində dərc edil­miş məqalələri, müsahibələri və çıxışları əksini tap­mışdır. Dərc edilmiş məqalələr əsas etibarilə Bey­nəlxalq İdarəetmə sistemlərinin və  İnsan Resurs­la­rının İda­rə­ edilməsi sisteminin mahiyyəti, tətbiqinin idarə­et­mənin keyfiyyətinin yüksəl­dil­mə­sindəki əhəmiyyəti və da­vamlı inkişafdakı rolu, həm­çi­nin özünün rəhbərlik etdiyi qurumlarda praktiki ola­raq tətbiqi nəticəsində əldə edilən uğurlardan bəhs edi­lir.

Müəllif tərəfindən kitab haqqında ümumi məlumat verilərək bildirilir ki: "Hər hansı bir mövzunu özündə ehtiva edən kitabın ya­zılması və yaxud da tərtib edilməsində əsas məqsəd müəllifin öz fikir, düşüncə və baxışlarını cəmiyyətə təqdim etməsi, bölüşməsi ilə yanaşı, həm də toxunulan mövzuların aktuallığının, həmçinin bu mövzularla bağlı ana dilində yazılmış yazıların olub-olmamasının da  xüsusi əhəmiyyəti vardır. Məhz bu kitabın tərtib edil­mə­sin­də də məqsəd müasir dövrdə idarəetmənin key­fiy­yə­tinin yüksəldilməsində Beynəlxalq İdarəetmə sis­tem­lərinin və  İnsan Resurslarının İdarə edilməsi sisteminin ma­hiyyəti, tətbiqinin idarəetmənin keyfiyyətinin yüksəl­dil­məsindəki əhəmiyyəti və davamlı inkişafdakı rolu,  Azər­baycanın ən böyük milli neft şirkəti olmaqla, iqti­sa­diy­yatımızda xüsusi rolu olan SOCAR-da Beynəlxalq İda­rəetmə Standartlarının və İnsan Resurslarının idarə edil­məsinin praktiki olaraq tətbiqi nəticəsində əldə edi­lən uğurlardan bəhs edilməklə bir çox məsələlərə ay­dın­lıq gətirilir. Bu kitabda bir-biri ilə sıx bağlılığı olan əsa­sən iki istiqaməti əhatə edən mövzularla bağlı yazılar ək­sini tapmışdır. Bu istiqamətlərdən biri daxili  və xarici bazarda müəssisənin imicinin müsbət mənada for­ma­laş­ması, idarəetmədə daha müasir metodların tətbiq edil­məsi, sifarişçilər üçün etibarlı tərəf-müqabil olmaq, daha böyük və etibarlı işlərin həyata keçirilməsinə  əmin­lik, sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması, işləri  təhlükəsiz, ətraf mühitə ziyan vur­madan və keyfiyyətlə yerinə yetirmək, bütün fəaliy­yətə tam nəzarət etmək imkanı, bütün işçi personalının öz bacarıq və qabiliyyətini nümayiş  etdirməsi, uyğun­suz­­luqların vaxtında aşkar edilməsi və aradan  qal­dırıl­ma­sı, komanda şəklində işləmək bacarığı, vaxta qənaət, sifarişçi məmnuniyyətinin qazanılması və s. kimi vacib məsələlərin həllini tapması ilə bağlı mövzuları əhatə edir. Digər istiqamət günümüzdə müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan,  istehsal prosesinin həm ayrılmaz bir hissəsi, həm də ki, eyni zamanda istehsalın hədəfi olan təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə, yuxarı pillədəki rəh­bər­dən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edən İn­san Resurslarının idarə edilməsi ilə bağlı pro­ses­lərin və proseslər sisteminin nəzəri və praktiki statistik gös­təricilərlə qeyd olunduğu mövzuları əhatə edir.

Kitaba daxil edilmiş məqalə və mü­sahibələrdə toxunulan məsələlər aktuallığını bu gün də qorumaqla, həm də toxunulan sahələrdə Azərbaycanın ən böyük şirkəti olan SOCAR-da həyata keçirilən və tət­bi­qin­dən əldə edilən uğurlarla tanışlıq oxucuların ma­ra­ğına səbəb olmaqla yaxşı təəssüratlar da yaradacaqdır. Bü­tün bu işlərin görülməsi və daim inkişaf etdirilməsi üçün isə dövlətimizi və dövlətçiliyimizi qorumaq hər bi­rimizin vətəndaşlıq borcudur.”

Tezis.Az