Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Yeni planet kəşf edildi

16-06-2016, 22:39 Baxış: 387

Yeni planet kəşf edildi

Kosmosla bağlı araşdırmalarını davam etdirən elm adamları daha bir mühüm kəşfə imza atıb. Alimlər iki günəşi olan planet kəşf edib. Maraqlısı budur ki, "Kepler 1647b” adı verilən planetdə canlıların yaşaya bilməsi üçün bütün şərait var.

Elm adamlarının sözlərinə görə, iki günəşi olan "Kepler 1647b” bu günə qədər kəşf edilən ən böyük planetdir. Onun sahəsi təqribən Yupiter qədərdir. Teleskoplar vasitəsiylə planet barədə araşdırmalar aparan alimlər bildirir ki, yeni kəşf edilən planetin səthindəki isti və soyuq havanın tarazılığı canlıların yaşaya bilməsinə  imkan verir. Amma orda canlı orqanizmlərin mövcud olub-olmadığı hələlik məlum deyil.

Məlumata görə, Günəş sisteminin xaricində yerləşən "Kepler 1647b”-nin səthi qaz buludları ilə əhatələnib. Yeni planet alimlərin "canlı həyatın mümkün ola biləcəyi bölgə” adlandırdığı təbəqədə yerləşir. O öz günəşləri ətrafında tam dövrəni 1107 gündə tamamlayır. Təqribən 4,4 milyard il əvvəl yaranan planetin, Yerlə eyni yaşda olması da diqqət çəkir.