Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İnsanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır

9-01-2018, 17:41 Baxış: 331
İnsanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır Bioinformatika ilə məşğul olan "Adaptive Biotechnologies” şirkəti tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün "Microsoft” ilə səylərini birləşdirib.

Hər iki şirkətin mütəxəssisləri insanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək texnologiyaların konsepsiyasını hazırlayırlar. Onlar insanın immun sisteminin ətraflı "xəritəsini” təşkil etməyi planlaşdırıblar. "Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.