Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Azərbaycanda niyə meyitdən orqan götürülmür? -

9-02-2018, 13:31 Baxış: 232
Azərbaycanda niyə meyitdən orqan götürülmür? -
"Azərbaycanda uzunillərdir ki, meyitdən orqan transplantasiyası həyata keçirilmir.
Belə bir əməliyyat Azərbaycanda 1973-74-cü ildə SSRİ dövrünün qanunları çərçivəsində həyata keçirilib. Hazırda bu rəqəmin sıfır olması narahatedicidir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin üzvü Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, ürək transplantasiyası beyin ölümündən sonra həyata keçirilməlidir. "Çünki bu orqanı yalnız beyni ölən şəxsdən almaq mümkündür.
Bu gün ölkəmizdə bu əməliyyatı keçirməyə 4-5 klinika hazırdır”.
R.Mahmudov qeyd edib ki, Türkiyə 1995-ci ildə bu problemlə bağlı suala fərqli yanaşıb.
"Belə ki, Türkiyədə ilk növbədə süni nəfəs aparatı olan və beyin ölümünü diqnozunu qoya biləcək xəstəxanaların sayı müəyyənləşdirildi.
Biz də ilk növbədə bu məsələlərə diqqət yetirilməli, ilk olaraq beyinlə bağlı xəstəxanalara daxil olan xəstələrin neçə faizini beyin ölümü ilə daxil olması müəyyənləşdirilməlidir”.
O bildirib ki, il ərzində əgər ölkədə mövcüd olan reanimasiya otağından bir beyin ölümü çıxmırsa, demək ki, işimizdə problem var. "Bu çox geniş mövzudur.
Burada əsas məsələlərdən biri diaqnozu düzgün qoya biləcək həkimlərin olmasıdır. Biz diaqnozu qoya bilirikmi? İlk növbədə bu suala cavab tapılmalıdır.
Hesab edirəm ki, əgər biz bu məsələlərin üzərinə getsək, o zaman problemin həllində daha geniş addım atmış olarıq”.