Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qoxunun intensivliyini müəyyənləşdirən qurğu buraxılıb

5-07-2018, 19:38 Baxış: 321
Qoxunun intensivliyini müəyyənləşdirən qurğu buraxılıb
Yaponiyanın "Tanita” şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən "ES-100” cihazını təqdim edib.
"Popmech” resursuna istinadən bildirir ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır.
Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.
"Tanita ES-100” qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir. Hazırda yalnız Yaponiyada satışa çıxarılan "ES-100” cihazı ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.
Təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.