Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək

3-08-2018, 13:03 Baxış: 162
Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək
Növbəti nəsil "Apple" smartfonlarının təqdimetmə tarixi məlum olub.
Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 2018-ci il sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.
"ferra.ru" saytı xəbər verir ki, "Apple" belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, sentyabrın 4-ü və 5-i, həmçinin 11-i və 12-si bu tədbirin keçirilməsi üçün uyğundur. Sentyabrın 12-də ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin sentyabrın 4 və ya 5-də keçirilməsi ağlabatan deyil. "Apple" şirkətinin yeni nəsil "iPhone" smartfonunu sentyabrın 11-də təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni "iPhone" smartfonları sentyabrın 12-də təqdim edilə, sentyabrın 21-də isə satışa çıxarıla bilər.
"Apple" payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni "iPhone X" və "iPhone X Plus", həmçinin "iPhone 9" kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək.
Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası ("Face ID") və "A12" sürətli prosessoru ilə təchiz ediləcək.