Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

20 direktor müavini, 9 müəllim işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA

12-09-2018, 21:19 Baxış: 153
20 direktor müavini, 9 müəllim işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA
Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə işlər aparılır.
Bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, şagird sıxlığının qarşısını almaq üçün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir: "Bundan başqa, araşdırmalarımız zamanı müşahidə etdik ki, bir sıra məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Şagird sayı az olmaqla yanaşı, həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı idi.
Bu problemi həll etmək üçün son 3 ildə 9-cu sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi layihəsi həyata keçirilir”.
Məhəbbət Vəliyeva qeyd edib ki, ötən tədris ilində aparılan monitorinqlər nəticəsində işində yol verdiyi nöqsanlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb: "Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.