Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

6 kameralı smartfonlar gəlir - 2019-da...

23-11-2018, 09:38 Baxış: 35
6 kameralı smartfonlar gəlir - 2019-da...Cənubi Koreyanın "Samsunq Elektroniks” şirkəti gələn il "Qalaksi S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın "Voll Strit Jurnal” nəşri məlumat yayıb. Şirkət "Samsunq Qalaksi” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, "Qalaksi S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. "Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək. Bildirilir ki, "Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək. Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək 5G beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.