Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Karbon qazını elektrikə çevirən üsul

26-01-2019, 09:26 Baxış: 88
Karbon qazını elektrikə çevirən üsul
Cənubi Koreya alimləri karbon qazını istifadə edilə bilən elektrik enerjisinə çevirməyin bir yolunu tapdı.
Qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb kimi göstərilən karbon qazının idarə altına alına bilməsi üçün bir çox araşdırma var. Şirkətlər öz karbon emissiyalarını azaltmaq üçün işlər görərkən, elm insanları da atmosferdəki və okeanlardakı karbondioksidin təmizlənməsi üçün araşdırmaları davam etdirirlər. Deyerler.org bildirir ki, Cənubi Koreya araşdırmaçıları karbon 4 oksidin atmosferə yayıldıqdan sonra okeanlar tərəfindən sovrulmasını istəyərək bir üsul tapdı. Sistemdə istifadə edilən elementlər bir yanacaq hüceyrəsində istifadə edilənlərlə olduqca bənzər elementlərdən meydana gəlir. Sistem bir katod (natrium metal), bir ayırıcı (NASICON) və bir anoddan (katalizor) meydana gəlir. Sistemdən isə hidrogen və elektrik yaranır. Ortaya çıxan hidrogeni yanacaq olaraq istifadə etmək də mümkündür. Sistemin məhsuldarlıq nisbəti isə 50%-in üzərindədir. Universitetdən Kimyəvi Mühəndislik və Enerji Məktəbi professoru Quntai Kim belə deyib: "Bu texnologiyanın açarı, kimyəvi olaraq balanslı olan CO2 molekullarının digər materiallara asan çevrilməsidir. Yeni sistemimiz CO2 çevrilməsi mexanizmilə əlaqədar problemi həll edir".