Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“AZCLOUD Hackathon 2019”da iştirak edəcək komandaların adları avqustun 8-də açıqlanacaq

7-08-2019, 17:11 Baxış: 28
“AZCLOUD Hackathon 2019”da iştirak edəcək komandaların adları avqustun 8-də açıqlanacaqNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin təşkilatçılığı, "R.I.S.K Company”, "HPE Azerbaijan” "Azercell Telekom”, "TrendMicro”, "Bestcomp Group” "Juniper” şirkətlərinin sponsorluğu və "CISCO” şirkətinin eksklüziv tərəfdaşlığı ilə "AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilir. Nazirlikdən bildirilib ki, bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər.
 Yarışmada iştirak bir çox mütəxəssislərə özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlərə istedadlı gəncləri öz komandalarına cəlb etmək imkanı yaradır.
Qalib komanda üçün mükafat 10 min manat nəzərdə tutulub. Qeydiyyat yarışmanın veb-səhifəsində (www.h.azcloud.az) cari il iyulun 1-də başlanıb və iyulun 31-də başa çatıb. Bütövlükdə bu ay ərzində 59 komanda daxilində 240 iştirakçı öz namizədliyini irəli sürüb.
Onlardan tapşırığı düzgün yerinə yetirən və qeydiyyat mərhələsində tələb olunan məlumatları tam şəkildə təqdim edən ilk 20 komanda yarışda iştirak üçün vəsiqə qazanacaq.
Yarışda iştirak edəcək komandaların adları avqustun 8-də yarışmanın rəsmi veb-səhifəsi, sosial şəbəkədəki səhifələri və media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, bu il "AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 min 700 tamaşaçı tutumlu və UEFA, FİFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi məqsədilə hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaqlar.