Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tədbirində azərbaycanlı alimin çıxışı dinlənilib

19-11-2019, 14:30 Baxış: 122
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tədbirində azərbaycanlı alimin çıxışı dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında "Radioaktiv materialların fiziki mühafizəsinin planlaşdırılmasına dair əsas fikirlər” mövzusunda keçirilən regional təlim kursunda iştirak edib.

İnstitutdan bildiriblər ki, istifadə edilən və saxlanılan radioaktiv materialların təhlükəsizliyini və fiziki mühafizəsini təmin etmək məqsədilə müasir tələblərin tətbiqi məsələlərinə həsr olunan beynəlxalq tədbirə 10 ölkədən 22 nümayəndə qatılıb. Tədbirdə çıxış edən İ.Qabulov Azərbaycanda müvafiq sahə üzrə görülən işlər barədə ətraflı məlumat verib.
 
Sonra iştirakçılar qruplara bölünərək AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə ediblər. Təlim müddətində AEBA ekspertləri və radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən ABŞ, Kanada, Pakistan və Rusiyanın mütəxəssisləri bu sahədə aparılan işlər barədə məlumat verib və sualları cavablandırıblar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.