Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Məktəblilərin tətil günləri nə vaxtdır?

27-12-2019, 15:28 Baxış: 342
Məktəblilərin tətil günləri nə vaxtdır?
Təhsil Nazirliyi Yeni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.
 
Altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.
 
Təhsil Nazirliyi bildirir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
 
Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.