Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

"Roskosmos" Bakının kosmosdan çəkilən yeni görüntüsünü yayıb

31-01-2020, 10:47 Baxış: 34
"Roskosmos" Bakının kosmosdan çəkilən yeni görüntüsünü yayıb
 
Rusiyalı kosmonavt Oleq Kononenko Bakının kosmosdan fotosunu çəkib.
Kononenkonun çəkdiyi foto "Roskosmos"un saytında yerləşdirilib.
 
Kosmosdan çəkilən fotoda paytaxtımızın gecə görüntüsü əks olunub.
 
O.Kononenko Bakı ilə yanaşı, Rusiyanın bir sıra şəhərləri, o cümlədən dünyanın məşhur şəhərləri olan Nyu-York, Vaşinqton, Las-Veqas, London, İstanbul, Afina, Tehran, Mumbai, Tokio, Roma, Şanxay və s. mərkəzlərin kosmosdan fotolarını çəkib.
 
Rusiyalı kosmonavt şəhərlərlə yanaşı, kosmosdan Yer kürəsinin, Ayın, eyni zamanda məşhur təbii obyektlərin də görüntülərini lentə alıb.
 
Qeyd edək ki, 56 yaşlı O.Kononenko Rusiyanın sayca 102-ci, dünyanın isə 473-cü kosmonavtıdır.
 
O, 5 dəfə açıq kosmosda olub.