Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

SSRİ-nin ən güclü 5 silahı – ABŞ jurnalı yazdı

3-02-2020, 09:26 Baxış: 143
SSRİ-nin ən güclü 5 silahı – ABŞ jurnalı yazdı
ABŞ-ın "Neşnl İnterest” jurnalı SSRİ-də istehsal olunan 5 ən möhtəşəm silahın siyahısını dərc edib.
 
Siyahıda birinci yerdə 1"Kalaşnikov” avtomatı yer alıb.
 
Məqalə müəlliflərinin fikrincə AK-47-nin əsas üstünlüklərindən biri onun yüngül, yığım və istifadəsinin asan olmasıdır.

İkinci yerdə "Tayfun” sinfindən olan sualtı raket kreyseri dayanıb.
 
Onun ölçüsü ABŞ-ın "Los-Anceles” sinfindən olan zərbə sualtı qayığınıdan 3 dəfə, çəkisi isə digər sualtı qayıqlardan 10 ton ağırdır.
 
T-55 tankı gücü, yüksək səviyyəli müdafiəsi və hərəkətliliyinə görə siyahıda 3-cü olub.
Jurnal 4-cü yerə "Ağ qu quşu” adını almış Tu-160 strateji bombardmançısını layiq görüb.
Məqalə müəllifləri onun gecə və çətin hava şəraitində uçmaq qabiliyyətini yüksək qiymətləndiriblər.
 
Siyahını 1938-ci il istehsalı 122 mm-lik haubitsa qapayır.
Bu haubitsa 11.8 kilometrdən hədəfi məhv edə bilir.