Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir

10-07-2020, 09:35 Baxış: 965
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir.
 
DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.
 
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahanlar respublikanın 41 şəhər və rayonunda keçirilir.
 
İmtahanlarda ümumilikdə 8370 abituriyentin iştirakı nəzərdə tutulur.