Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Putindən şok təlimat: İnsan beyninə yerləşdiriləcək

23-06-2021, 10:08 Baxış: 91
Putindən şok təlimat: İnsan beyninə yerləşdiriləcək
Rusiyadakı elm adamlarının beyin gücü ilə kompüterlərin idarə edilməsi üçün insan beyninə yerləşdiriləcək texnologiya üzərində çalışdığı iddia edilib.
 
Altaba.az xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə Rusiya Təhsil Nazirliyindən adı açıqlanmayan bir mənbə danışıb.
Mənbə məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə "beyin-kompüter" interfeysləri üzərində araşdırma aparmaq üçün bir işçi qrupu yaradıldığını söyləyib.
 
"Kommersant"a təqdim olunan sənədlərə əsasən, 2021-2029-cu illəri əhatə edəcək "Beyin, Sağlamlıq, Zəka, İnnovasiya" adlı federal proqramın büdcəsi 54 milyard rubldan çox olacaq.
Rusiya Elmlər Akademiyası tərəfindən təqdim olunan təkliflərə Putinin mart ayında "yaşıl işıq" yandırdığı vurğulanıb.
Yayılan sözügedən iddianın doğruluğunu isə Kreml və nazirlik təsdiqləməyib.