Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Mobil proqramların satışında artım zəifləyəcək

13-05-2016, 11:19 Baxış: 219

2015-ci ildə mobil qurğu istifadəçiləri təxminən 156 milyard mobil əlavə nümunəsi quraşdıraraq bunun üçün 34,2 milyard dollar (reklam gəliri nəzərə alınmamaqla) ödəyiblər. "IDC" analitik şirkətinin proqnozuna görə, 2020-ci ilədək əlavələrin illik quraşdırılmasının sayı 210 milyardı ötəcək, satışdan əldə olunan gəlir 57 milyard dollara çatacaq. Lakin quraşdırmaların ortaillik artım tempinin 6,3 faizədək, gəlirlərin 10,6 faizədək azalacağı gözlənilir.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ildə dünyada mobil əlavələrin satışının təxminən 58 faizi "Apple App Store" mobil proqramlar mağazasının payına düşüb. Bununla belə, quraşdırmaların sayına görə "Apple" şirkətinin payı 15 faiz təşkil edir ki, bu da ötən ildən 8 faiz azdır. Mobil əlavələrin quraşdırılmasının 60 faizi "Google Play" mağazasından həyata keçirilir və bu əlavələr mağazasının birbaşa vəsait daxilolmalarında payı 36 faizə bərabərdir.

"IDC" analitikləri qeyd edirlər ki, gəlirlərin və əlavələrin quraşdırılmasının müqayisəsi mobil bazarda baş verən dəyişikliklərin mənzərəsini tam əks etdirmir. Mobil reklamdan gəlirlərin əksər hissəsi "Google" və "Facebook" şirkətləri arasında bölünür. Xəbərlərin və maraqlı mövzuların əsas "Facebook" interfeysinə inteqrasiyasının trafiki yayındıracağı və ayrı-ayrı əlavələrin quraşdırılma sayını azaldacağı gözlənilir.   
Milli.Az