Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Olimpiya medalları köhnə smartfonlardan hazırlanacaq - Tokio 2020

26-08-2016, 00:07 Baxış: 515
Olimpiya medalları köhnə smartfonlardan hazırlanacaq - Tokio 2020
Tokioda keçiriləcək 2020-ci il Olimpiya oyunlarının medalları yenidən işlənən köhnə smartfonlardan hazırlanacaq. 
Yay Olimpiya oyunlarının təşkilatçıları və hakimiyyət nümayəndələri artıq iyun ayında qızıl, gümüş və bürünc medalların istehsalı üçün yenidən işlənən elektronikanın istifadəsi məsələsini müzakirə ediblər. Bu addımla təşkilatçılar ictimaiyyətin diqqətini "elektron tullantılara" cəlb etmək istəyirlər. Yaponiyada qızıl və gümüş medalların istehsalı üçün kifayət qədər istifadə edilmiş elektronika var. Ölkə yenidən istifadə olunan qacetlərdən dünya qızılının 16%-ni, gümüşün isə 22%-ni əldə edir. 
2012-ci il Olimpiadasının qızıl medallarının istehsalı üçün 9,6 kq qızıl, 1210 kq gümüş və 700 kq mis istifadə olunduğu məlumdur. 2014-cü ildə isə Yaponiya elektronika tullantılarından 143 kq qızıl, 1566 kq gümüş və 1112 kq bürünc əldə edib. 
Yəqin ki, Olimpiya təşəbbüsü istehsalçıları qacetlərin yenidən işlənməsinə baxışlarını nəzərdən keçirməyə məcbur edəcək.