Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“iPhone 7” smartfonu gələn həftə təqdim olunacaq

31-08-2016, 07:11 Baxış: 276
“iPhone 7” smartfonu gələn həftə təqdim olunacaq
"Apple” şirkəti sentyabrın 7-də San-Fransiskoda yeni məhsullarının təqdimatını keçirəcək.
Tədbirdə şirkət 3 smartfonunu təqdim edəcək. Bunlar adi "iPhone 7", onun böyüdülmüş versiyası "iPhone 7 Plus" və "iPhone 7 Pro" smartfonlarıdır. Ehtimallara görə, şirkət "iPhone 7 Plus" qurğusundan imtina edərək bu adda "iPhone 7 Pro" smartfonu istehsal edəcək. Əsas diqqət məhz qabaqcıl "iPhone 7" və onun unikal xüsusiyyətlərinə yönəldiləcək. 
Təqdimatda sensorlarının sayı artırılan ikinci nəsil "Apple Watch" "ağıllı" saatlarının nümayiş etdiriləcəyi də gözlənilir. 
Bununla yanaşı, yeni kompyuterlərin təqdim ediləcəyi də istisna edilmir, lakin bunun daha çox payızda yeni nəsil "iPad" planşetlərinin nümayiş olunacağı ikinci təqdimatda baş tutacağı ehtimal olunur.