Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Roma Papası onun heykəlini hazırlayan azərbaycanlı heykəltəraşa təşəkkür məktubu göndərib

14-09-2016, 12:20 Baxış: 677
Roma Papası onun heykəlini hazırlayan azərbaycanlı heykəltəraşa təşəkkür məktubu göndərib

Roma Papası Fransisk onun heykəl-portretini hazırlayan azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərova təşəkkür məktubu göndərib. 

Bu barədə heykəltəraş özü məlumat verib. O deyib ki, Roma Papası məktubda hədiyyədən məmnunluğunu bildirib. 

Heykəltəraş qeyd edib ki, heykəl-portret bu ilin yayında Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Romada hazırlanıb: "Roma Papasının mədəniyyət məsələləri üzrə nümayəndəsi, monsinyor Sançez de Toka Alameyde heykəli hazırlamağı xahiş etmişdi. Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli mənə Romada şərait yaratdı və mən Papanın heykəlini hazırladım. Roma Papası əsəri bəyəndi. O, məni qəbul etmək istəyirdi. Sadəcə, vizam bitdiyindən, həm də Papa Ermənistana səfərə getdiyi üçün məni qəbul edə bilmədi. Bu yaxınlarda Roma Papası heykələ görə mənə Vatikandan təşəkkür məktubu göndərib. Təşəkkür məktubu ispan dilində yazılıb ki, heç bir şübhə qalmasın”. 


Roma Papası onun heykəlini hazırlayan azərbaycanlı heykəltəraşa təşəkkür məktubu göndərib

 

Roma Papası onun heykəlini hazırlayan azərbaycanlı heykəltəraşa təşəkkür məktubu göndərib