Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Azərbaycanda bu il nə qədər şagird təhsil alacaq?

14-09-2016, 15:58 Baxış: 224
Azərbaycanda bu il nə qədər şagird təhsil alacaq?
2016-2017-ci tədris ilində ölkə üzrə 164033 nəfər şagird I sinfə gedəcək.
Təhsil Nazirliyindən  verilən xəbərə görə, 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1415242 nəfərdir. Yeni dərs ilində Bakı şəhəri üzrə 43397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354573 nəfər şagird təhsil alacaq.
 
Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
 
Bu il Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.