Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

"Üstümüzdən UNO keçdi"- Türk Hava Yolları pilotundan mərkəzə həyacanlı məlumat

20-05-2016, 19:12 Baxış: 779
"Üstümüzdən UNO keçdi"- Türk Hava Yolları pilotundan mərkəzə həyacanlı məlumat 
Dünən gecə Türk Hava Yollarına məxsus olan və Bodrumdan İstanbula gələn təyyarənin pilotları mərkəzi qərargaha sensassiyalı bir məlumat veriblər. 
THY-nın Bodrumdan İstanbula səfər edən TK-2525 səfər saylı təyyarəsinin pilotları Gökhan.K və Sadiq K. İstanbul Atatürk Hava Lımanına yaxınlaşdıqları ərəfədə- saat 23.30 radələrində təxminən 5 min metr yüksəklikdə UNO adlandırılan yad bir cisimin yaşıl işıq saçaraq idarə etdikləri təyyarənin üstündən keçdiyini bildiriblər. 
Pilotlarla Hava Limanı arasında belə bir dialoq yaşanıb: 
 
"Nəməlum bir cisim yaşıl işıq saçaraq önümüzdən keçdi. Birdən birə itdi. UNO ola biləcəyini təxmin edirik. Hər ikimiz gördük".
THY pilotlarının yaşadıqları bu hadisə ilə əlaqədar olaraq hava qüvvələrinin radarlarında hər hansı bir görüntü qeydə alınmayıb. 
THY təyyarəsi bu məlumatlandırmadan 30 dəqiqə sonra Atatürk Hava Lımanına eniş edib.
 
Tezis.az