Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Süni mayalanmadan doğulan oğlanlar necə ata olacaqlar?

7-10-2016, 22:03 Baxış: 432
Süni mayalanmadan doğulan oğlanlar necə ata olacaqlar?
"The Sun" qəzetinin yazdığına görə,  yeni araşdırma süni mayalandırma və ya IVF üsulu ilə doğulmuş kişilərin sonsuzluğu irsən ötürdüklərini aşkara çıxarıb.
Ekspertlər deyirlər ki, süni mayalandırma üsulu ilə doğulmuş oğlan uşaqları gələcəkdə sperm azlığına məruz qalmağa üç dəfə daha artıq risklidirlər. 
Faktiki olaraq bu araşdırma sonsuzluq probleminin süni mayalandırma yolu ilə nəsildən-nəslə verilməsini isbat edib.
Alimlər atalarının sperm azlığına görə süni mayalandırma ilə doğulmuş 54 kişini müayinə edərkən aşkarlayıblar ki, bu kişilərdə də ataları kimi sperm sıxlığı xeyli aşağıdır.
Məqaələdə deyilir ki, hər il minlərlə kişi ata olmaq arzusu ilə süni mayalandırma üsuluna üz tutur.
Araşdırmanın müəllifi, Brüsseldəki Vriye Universitetinin professoru André Van Steirteghem deyib ki, bu tədqiqat ataların nəsilartırma zəifliyinin övladlara süni mayalandırma vasitəsilə ötürüldüyünü göstərib.
Təcrübə göstərib ki, süni mayalanma ilə doğulmuş kişilərdə sperm sıxlığı normadan iki dəfə az olur.
Lakin professor Van Steirteghem əlavə edib ki, övladların sperm sıxlığı eyni dəqiqliklə atalarının sperm sıxlığını əks etdirmir.
Bu isə o deməkdir ki, süni mayalandrıma ilə doğulmuş oğlanların heç də hamısı zəif nəsilartırma qabiliyyətinin irsi daşıyıcısına çevrilmir.
 2013-cü ildə təkcə Britaniyada 64 min süni mayalandırma əməliyyatı aparılıb.
Britaniya Nəsilartırma Cəmiyyətindən professor Adam Balen isə deyib ki, hazırda yaşayan 6 milyon uşaq İVF üsulu ilə doğulub."