Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Elastik klaviatura formasında mini-kompüter təqdim olunub

17-10-2016, 13:12 Baxış: 266
Elastik klaviatura formasında mini-kompüter təqdim olunub

"GeekBuying” onlayn mağazası "Windows 10” əməliyyat sistemi ilə işləyən, mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda "Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarükünə başlanılacaq.

Dördnüvəli "Intel Atom X5 Z8300” prosessoru ilə işləyən "Windows” sistemli kompüter birbaşa taçpada birləşdirilib. "Vensmile K8” sensor daxiletmə sistemini və "4G” şəbəkəni dəstəkləyir, "HDMI+VGA” çıxışına, "Bluetooth” simsiz modulu, ikidiapazonlu "Wi-Fi” (2.4 və 5 QHs) və başqa periferiya qurğularını qoşmağa imkan verən "USB 3.0” portuna malikdir.

Mini-fərdi kompüter 4 giqabayt əməli yaddaş ("DDR3”) və 64 giqabayt "eMMC” fləş yaddaşı ilə təchiz edilib. "K8” kompüteri "Windows 10” (ev redaksiyası) sistemi ilə tədarük edilir. Qurğunun qeyri-adi özəlliyi isə cibə yerləşdirmək imkanının olmasındadır.