Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

"Surface Studio" adlı ilk masaüstü kompüter satışa çıxarılacaq

30-10-2016, 23:22 Baxış: 336
"Surface Studio" adlı ilk masaüstü kompüter satışa çıxarılacaq
"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda bir neçə yeni məhsulunu təqdim etdi. Onların arasında ən çox maraq doğuran şirkətin "Surface Studio" adlı ilk masaüstü kompüteridir. 
"Surface Studio" - bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir. Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti - 3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib. "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir. 
"Surface Studio" kompüterinin qiyməti 2999 ABŞ dollarından başlayacaq. İlk sifarişləri artıq etmək mümkündür, çatdırılma dekabr ayının əvvəlində start götürəcək. 
"Surface Studio" adlı ilk masaüstü kompüter satışa çıxarılacaq"Surface Studio" adlı ilk masaüstü kompüter satışa çıxarılacaq