Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Facebook"dan yenilik

24-05-2016, 16:55 Baxış: 437

"Facebook"dan yenilik

"Facebook"dan yenilik

Dünyanın ən reytinqli sosial şəbəkəsi "Facebook" daha bir inqilabi yeniliyə imza atıb. Məlumata görə, artıq "Facebook”istifadəçiləri 24 saatlıq canlı yayım edə biləcəklər.

 

1.59 milyard istifadəçi sayına sahib olan sosial şəbəkə 24 saatlıq canlı yayımla yanaşı digər bir yeniliyi də istifadəçiləri ilə paylaşır. Çoxlarının narazılığına səbəb olan canlı yayımlanan videoların qalıcı olaraq qeyd edilməməsi problemi də aradan qaldırılıb. Daha istifadəçilərin canlı paylaşdığı videolar qalıcı olacaq və video saatlar sonra istifadəçilər tərəfindən yenidən izlənilə biləcək.

Yeniliyin "Facebook” istifadəçilərinin müxtəlif ehtiyaclarına xidmət edə biləcəyi deyilir.

Yeniliyə münasibət də birmənalı deyil. Belə ki, bəziləri bunun yaxşı addım olduğunu desə də bir qisim istifadəçi 24 saatlıq paylaşımların şəxsi həyata müdaxilə olacağını düşünürlər. 

Yenilik yaxın zamanlarda istifadəçilərə təqdim ediləcək.

Ötən ay isə "Facebook” şirkəti sosial şəbəkə vasitəsilə istifadəçilərə eyni zamanda bir neçə nəfərə zəng etməyə imkan verən funksiyanı işə salıb. "Facebook" messencer vasitəsilə istifadəçilər qrup zəngləri edə biləcəklər. Bu barədə proqramın təchizatçısı Devid Markus öz "Facebook" hesabında status paylaşıb.

Eyni zamanda bir neçə istifadəçiyə zəng etmək üçün qrupun çatında telefon dəstəyi olan düyməni basmaq lazımdır. Əgər qrup üzvlərindən kimsə gələn zəngi buraxsa, o sonradan qrupun danışığına qoşula bilər. Qrup danışığına 50 nəfərə qədər istifadəçi əlavə etmək olar.

Tezis.Az