Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"Hətta İngiltərə kraliçası "erməni soyqırımı"nı tanısa belə..."

3-06-2016, 00:15 Baxış: 431
"Hətta İngiltərə kraliçası "erməni soyqırımı"nı tanısa belə..." 
Almaniya Bundestaqı "erməni soyqırımını" tanıyan qətnamə qəbul edib
Buna cavab olaraq Türkiyə Almaniyadakı səfirini geri çağırıb. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib ki, Türkiyə Bundestaqın qətnaməsinə layiqli cavab verəcək.
Baş verən məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə belə danışıb:
"Almaniya-Türkiyə münasibətləri kifayət qədər sabit, uzunmüddətlidir. Almaniya ilə Türkiyə arasında iqtisadi, siyasi əlaqələr var. Bu piar naminə edilmiş bir şeydir. Ermənistan üçün bunun zərrə qədər əhəmiyyəti yoxdur. Ermənilər necə məzlum, qapazaltı, bədbəxt, zavallı bir millətdirlərsə, eləcə də qalacaqlar. Almaniya Bundestaqı yox, İngiltərə kraliçası da "erməni soyqırımını" tanısa, yenə bunun heç bir əhəmiyyəti yoxdur. Ermənistan bərbad haldadır.
Ermənilərin ümidi var ki, ABŞ da "erməni soyqırımı"nı tanısın. ABŞ "erməni soyqırımı"nı tanısa nə olacaq, tanımasa nə olacaq? ABŞ NATO-da olan müttəfiqi Türkiyəyə müharibə elan edəcək? ABŞ özü hinduları qırıb, qitəni hindulardan təmizləyib dövlət qurub. Azərbaycanda isə buna ümumiyyətlə fikir vermək lazım deyil"./olke.az