Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Putindən Makqreqora - "Vəziyyət gərginləşsəydi qiyamət qopa bilərdi, amma iradəli olmaq daha yaxşıdır"

11-10-2018, 16:11 Baxış: 124
Putindən Makqreqora - "Vəziyyət gərginləşsəydi qiyamət qopa bilərdi, amma iradəli olmaq daha yaxşıdır"
UFC yüngül çəki üzrə çempionluqda İrlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edərək çempionluğu verməyən Dağıstanlı Həbib Nurməhəmmədovla bir araya gələn Rusiya Dövlət Başçısı Vladimir Putin döyüşdən sonra çıxan hadisələrlə əlaqədar "Vəziyyət gərginləşsəydi qiyamət qopa bilərdi, amma iradəli olmaq daha yaxşıdır" deyib.
Rusiya Dövlət Başçısı Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədov və atasıyla Ulyanovsk şəhərindəki bir idman tədbiri çərçivəsində bir araya gəldi.
Rusiya lideri oyundan sonra Nurməhəmmədovun təhrik edilməsi nəticəsində çıxan hadisələrlə əlaqədar də şərh verib.
Putin Nurməhəmmədovun döyüşdən sonra qəfəsdən atlanaraq Makqreqorun azarkeşlərindən olan Dilon Danişi vurması ilə bağlı hadisədə iradəli olmağın daha yaxşı olduğu, ancaq bənzər bir vəziyyətdə hər kəsin eyni şeyi edə biləcəyini söylədi. Putin: "Çöldən hücuma uğradığımızda yalnız sən deyil hamımız eyni şəkildə qəfəsdən atlayardıq. Qiyamət qopardı.
Amma o mərhələyə gəlməmək daha yaxşı olardı", deyib. Putin zarafat edərək: "Atana sənə çox sərt cəza verməməsini söyləyəcəyəm, çünki əsl vəzifəni layiqli şəkildə yerinə yetirdin", deyib.
Maç sonrası Nurməhəmmədov qəfəsdən atlayaraq Makqreqorun tərəfdaşları ilə döyüşmüşdür, yaranmış gərginliyə isə hətta polislər də müdaxilə eləmişdilər. Nurməhəmmədovun qarşı qrupa hücum etməsinin ardından UFC sədri Dana White şərhində istintaq açıldığını ifadə etmişdi. İstintaq səbəbiylə döyüşçüyə qazandığı 2 milyon dollar hələlik verilməyəcəkdi, hətta çempionluğunun əlindən alınması və pul cəzası riski ilə də qarşı-qarşıya qalmışdır
"Qartal” ləqəbli idmançı vətəni Dağıstana döndüyündə də illərdir Makqreqorla döyüşmək istədiyini, sonunda istədiyinə nail olduğunu ifadə etmişdi və "Qartalı qəfəsə bağlaya bilməzsiniz, onlara bunu göstərdim", demişdi.