Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Boris Conson Böyük Britaniya Ali Məhkəməsinin qərarının yanlış olduğunu düşünür

26-09-2019, 08:48 Baxış: 9 995
Boris Conson Böyük Britaniya Ali Məhkəməsinin qərarının yanlış olduğunu düşünür
Böyük Britaniyanın Baş Naziri Boris Conson "Brexit” prosesi ilə əlaqədar ölkədə yaranan vəziyyətə dair Ali Məhkəmənin qərarının yanlış olduğunu söyləyib.
Gec saatlarda parlamentə gələn Baş Nazir qərara hörmət etdiyini, ancaq razılaşmadığını vurğulayıb. O, Ali Məhkəmənin siyasi məsələyə münasibət bildirməsinin səhv olduğunu deyib. B.Conson müxalifət partiyalarının tələb etdiyi təqdirdə hökumətə qarşı etimadsızlığa dair səsvermənin keçirilə biləcəyini bildirib. O, həmçinin müxalifətdən olan deputatları növbədənkənar seçkilərin keçirilməsini dəstəkləmədikləri üçün tənqid edib. BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən Baş Nazir Boris Conson Nyu-Yorka səfərini yarımçıq kəsərək Londona qayıdıb.