Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Son iki ayda Azərbaycanda 24 nəfəri ilan sancıb

8-06-2016, 11:51 Baxış: 370
Son iki ayda Azərbaycanda 24 nəfəri ilan sancıb
"Bu ilin aprel-may aylarında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ilan sancmaları diaqnozu ilə 24 nəfər müraciət edib".
Tezis.az xəbər verir ki, bu fikirlər jurnalistlərə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 13-ü şöbəyə qəbul edilib".
A. Maqsudov qeyd edib ki, son 2 ayda iki nəfəri əqrəb sancıb: "Digər 2 müraciət isə qara qurd zəhərlənməsi ilə bağlı olub. Lakin həkimlərin müayinəsindən sonra həmin şəxslərə zəhərlənmə diaqnozu qoyulmayıb. İlan sancmaları əsasən Bakı və paytaxta yaxın ətraf ərazilərdə, eləcə də daş karxanalarında çalışan fəhlələr arasında olur. Bundan başqa, Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz və cənub bölgələrində ilan sancmaları faktları qeydə alınıb".