Bakı 15° C Temperatur

76

5m/s

  • USD1.7001
  • EUR2.1043
  • 1BTC$13850
  • NEFT$65.34
^
XƏBƏR LENTİ

İlham Əliyev: "İndiki Ermənistanın çox hissəsi Azərbaycanın tarixi torpağıdır" - VIDEO

İlham Əliyev: "İndiki Ermənistanın çox hissəsi Azərbaycanın tarixi torpağıdır" - VIDEO"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.
Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır.
Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir.
Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur".
Bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.
Prezident bildirib ki, Ermənistan siyasi baxımdan müstəqil deyil, satellit ölkədir: "Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər.
Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır.
İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.