Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

24-06-2016, 09:55 Baxış: 1 548
Bu gün Əbülfəz Elçibəyin doğum günüdürBu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 78 yaşı tamam olur.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib. 
 
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür